Ermənilər tarixən həmişə mədəniyyətimizin incilərinə də dil uzadıb, saman altından su yeritməklə Moskvanın, daha doğrusu, "ilanı Seyyid Əhməd əli ilə" tutmaq üçün hər vasitədən istifadə etməyə çalışıb... Tanınmış araşdırmaçı jurnalist Müsəllim Həsənov maraqlı bir sənədi ictimailəşdirib. Məlum olur ki, Ayvazyan adlı erməni bu dəfə Qaçaq Nəbiyə ilişib. Sitat: "...1983-cü ildə Ayvazyan familiyalı bir erməninin Moskvaya şikayəti Qaçaq Nəbi haqqında filmin dublyaj prosesini dayandırıb... Filmin əvvəlcə “Qaçaq Nəbi” adlandırılması qadağan edilib. “Qanlı zəmi” və “Atları yəhərləyin” variantları o vaxt meydana çıxıb. Artıq film rus dilinə Moskvada dublyaj ediləndə - 1983-cü ilin aprelində Yerevanda yaşayan S.Ayvazyan familyalı bir erməni Sov.İKP MK-nın təbliğat şöbəsinə ərizə yazıb. Və ərizəsində filmin qəhrəmanını bandit kimi təqdim edib. Dublyaj prosesi dayandırılıb…
Moskvadan Bakıya göstəriş gəlib ki, filmin qəhrəmanının adı dəyişdirilsin. 1983-cü ilin iyun ayında filmin ssenari müəllifləri Süleyman Rüstəm və Əhmədağa Muğanlının, habelə filmin elmi məsləhətçisi Mahmud İsmayılovun imzası ilə Sov.İKP MK-nın ideologiya məsələlərinə baxan katibi M.Zimyaninə məktub göndərilib. Yalnız bundan sonra “Qanlı zəmi”nin qəhrəmanı Qaçaq Nəbi kimi qala bilib…".
Bax belə... "Cırtdan" nağılında deyildiyi kimi, "Kim yatıb, kim oyaq? Hamı yatıb..." ermənilər oyaq!!!
A.Məmmədli