"Dünən Əli İnsanov aqoniyada, ciddi depresdiyada olduğunu bir daha nümayiş etdirdi..."
Bu sözləri HƏP sədrinin sabiq müavini Zəlimxan Məmmədli özünün sosial media hesabında paylaşıb. Sitat: "...Bir saatın içində gizli formada Ali Məclisi çağırır (yetərsaysız), sovet vaxtından qalma zəhmətkeş məktubları ssenarisini mənə qarşı işə salır. Məni isə dəvət etməməklə növbəti saxtakarlığı edirlər. Əli İnsanovun təlimatı belədir: -bütün saxta arqumentlərlə Zəlimxan Məmmədlini aşağılayın! Rüsvayçı bir mənzərə yaranır. İH-də saxta qərara səs verənlər hazır mətnlərlə yalanlar danışaraq rüsvayçılıqlarını bir daha nünayiş etdirirlər...".
Z.Məmmədli əlavə edir: "... Məni bu siyasi zibillikdən Allah uzaqlaşdırdı. Allahıma çox şükür edirəm ki, məni himayə etdi, saxtakarla, riyakarla, nəfsi iti olanla bir yerdə olmağı rəva görmədi. Həm də son 5 gündə Azadlığıma sevinən yüzlərlə aydınlar - millət vəkilləri, siyasilər, elm adamları, əqidə insanları, media mənsubları telefon açıb dəstək ifadə edib "azadlığın, qəzan mübarəkdir" mesajlarını verməkdədirlər. Hətta partiya və digər quruluşlardan da təkliflər gəlməkdədir. Hamısına təşəkkür edirəm. Bunu da Allahın lütfü hesab edirəm. Çox raharam. Rəhmətlik anam Şöhrət xanımı xatırladım. Rəhmətlik deyirdi- ay bala bizə pislik edənə əlinizi, ruhunuzu bulaşdırmayın, BİZƏ DƏYƏNƏ ALLAH DƏYİR. Biz daha aydın yoldayıq! Əli İnsanovun işi Allahlıqdır. Etdiyi tarixi ləkəni təmizləməyənə qədər ləkə üzərində qalacaq!".
Məlum olur ki, Əli İnsanov Z.Məmmədlinin telefonunu və sosial media hesabını bloklayıb. "Əli İnsanovun feys səhifəsində girərək rüsvayçı mənzərəni seyr edə bilərsiniz", -deyə Z.Məmmədli paylaşımında yazıb...
E.Məmmədli
Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN