Müharibə aparan ölkələrin kəşfiyyat strukturları həmişə diqqətli olur...

Amma bu dəfə Ukraynada əcaib hadisənin üstü açılıb. Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Ukrayna Silahlı Qüvvələri komandanının kabinetində dinləmə qurğusu aşkar edilib. Ukrayna DTX-si bununla bağlı cinayət işi açıb. Ukrayna mətbuatının məlumatına görə, dünən- bazar günü yoxlama zamanı Ukrayna Silahlı Qüvvələrinin (AFU) komandanı Valeri Zalujnının kabinetində dinləmə qurğusu aşkar olunub. Və aşkar edilən qurğu naməlum tipli elementlərdən hazırlanıb.
Ukrayna Təhlükəsizlik Xidməti (DTX) Ukrayna Silahlı Qüvvələrinin baş komandanının fəaliyyəti üçün nəzərdə tutulmuş xüsusi binalardan birində texniki qurğunun aşkarlanması ilə bağlı cinayət işinin başlandığını elan edib. Bildirilir ki, avadanlıq işlək vəziyyətdə deyilmiş və onun məlumat toplamaq və ya audio yazıların ötürülməsi üçün istifadəsi ilə bağlı təsdiqlənmiş məlumat yoxdur. "Məlumatların saxlanması üçün heç bir vasitə və ya audio yazıların uzaqdan ötürülməsi vasitələri müəyyən edilməyib, bu texniki cihaz ekspertizaya təqdim olunacaq”.

Maraqlıdır ki, istintaq həmin cihazın silahlı qüvvələr komandanının kabinetinə necə yerləşdirilməsini araşdırır... Hələki maddi sübut əldə edilməyib...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN