Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində
görkəmli ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, yazıçı, publisist Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş kitab sərgisi və stend hazırlanıb. Mərkəzi Kitabxanadan "Təzadlar"a bildirilib ki, kitab sərgisində Məhəmməd Əmin Rəsulzadənin əsərləri, Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası və s. kitablar nümayiş olunur. Yubiley stendində M.Ə.Rəsulzadənin fotoşəkili, onun ictimai-siyasi fəaliyyəti haqqında qısa məlumat verilir.
Xatırladaq ki, “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamı imzalanmışdır. Bununla əlaqədar, 2024-cü il ərzində Yasamal rayon MKS-nin kitabxanalarında Məhəmməd Əmin Rəsulzadənin həyatına, ictimai-siyasi fəaliyyətinə, habelə əsərlərinə həsr olunmuş müxtəlif mövzulu tədbirlərin, “Dəyirmi masa”ların, “Məlumat saat”larının, oxucu konfranslarının, inşa müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.