Rusiya Ordusunun qüvvələrinin nümayəndələri işğal altındakı Axmac kəndi yaxınlığında bir nəfər Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu qalnaqallı hadisə barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. DTX-dən verilən məlumata görə, faktla bağlı dərhal “qaynar xətt” işə salınıb, Avropa İttifaqının monitorinq missiyasına və Cenevrə beynəlxalq müzakirələrinin həmsədrlərinə məlumat verilib.  "...Bu qanunsuz olaraq həbs edilən vətəndaşların azad edilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə edilir. Baş verənlərin məsuliyyəti isə tamamilə işğalçı rejimin üzərinə düşür", -deyə məlumatda bildirilir.

Rusiya XİN və Rusiya Müdafiə Nazirliyi isə hələki bu hadisəyə aydınlıq gətirən açıqlama verməyib. Bununla belə, Gürcüstan rəhbərliyi məsələni ciddi şəkildə beynəlxalq müstəviyə çıxarmaqda israrlıdır...

A.Məmmədli.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN