Ermənistan hökuməti çağırışçıların respublika ordusunda xidmət etməmək üçün pul ödəyə biləcəyi qanunu təsdiqləyib. 61 deputat “lehinə”, 27 deputat “əleyhinə” səs verib.

Əsgəri xidmətin tam ləğvi isə təqribən 37 min dollara başa gələcək.

 ***

TEZADLAR.AZ Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ermənistan Respublikasının parlamentariləri “Hərbi xidmət haqqında” qanun layihəsini təsdiqləyiblər. Parlament çoxluğu ölkədə hərbi xidmətdən rəsmən pul ödəməklə yaxa qurtarmağın lehinə səs verib.

 Qanun layihəsinin təşəbbüskarı “Mülki müqavilə” partiyasının üzvü Hayk Sarkisyan olub.

 Belə ki, icbari hərbi xidməti başa vurmayan vətəndaşlar 27 yaşını tamamladıqdan sonra respublikaya qayıdaraq iki il xidmət edə bilərlər. Beləliklə, onlar cinayət cəzasından yayınacaqlar.

Eyni zamanda, yaşı 37-dən yuxarı (hərbi xidmətdə olduqda) və 45-dən yuxarı (ehtiyatda olan zabit kimi) şəxslər barəsində cinayət təqibinə xitam veriləcək.

 Başqa bir seçim, hərbi xidmət əvəzinə tam və ya qismən ödəniş təmin edir.

Onlar, həmçinin 15 ay xidmət göstərə və 2,5 milyon dram (təqribən 6,2 min dollar) və ya müvafiq olaraq 7,5 ay və 5 milyon dram (12,4 min dollar), 1 ay və 10 milyon dram ödəyə biləcəklər. 15 milyon dram ödəyənlər isə (37 min dollar), hərbi xidmətdən tamamilə yayına biləcəklər.

  Dəyişikliklər 27 ildən sonra vətəndaşlıq alacaq şəxslərə də təsir edib. Əgər onlar başqa dövlətin ordusunda artıq bir il xidmət ediblərsə, xidmətə çağırılmayacaqlar. Əks halda onlar 2,5 milyon dram (6,2 min dollar) ödəməklə xidmətdən azad ola biləcəklər.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN