Pakistanın Xarici İşlər Nazirliyi sərhəddəki insidentlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirib.

Tezadlar.az CNN- Türk- ə istinadla xəbər verir ki, Pakistanın XİN bu barədə bəyanat yayıb. Bəyanatda deyilir ki, "Pakistanın qətiyyətli etirazı artıq Tehranda İranın Xarici İşlər Nazirliyinin müvafiq yüksəkvəzifəli rəsmisinin diqqətinə çatdırılıb. Bundan əlavə, İranın müvəqqəti işlər vəkili Pakistanın suverenliyinin açıq-aşkar pozulmasını qəti şəkildə pislədiyimizi və bunun sonuclarını İranın daşıyacağını bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılııb. Pakistan suverenliyinin pozulması qətiyyən qəbuledilməzdir və bunun ciddi fəsadları ola bilər”.

Xatırladaq ki, yanvarın 16-da İranın İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinə daxildir) Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə zərbələr endirib və ohadisə nəticəsində 2 uşaq ölüb, 3 nəfər isə yaralanıb.

İran isə bu iddiaları təkzib etməyə çalışır. Lakin fakt ortadadır. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN