Yanvarın 26-da tələbələr Əli Həsənov (2001-ci idə anadan olub) və Sərxan Həsənov (2002-ci il) qardaşları Nərimanov rayonu ərazində kirayə qaldıqları evdə dəm qazından zəhərlənərək ölüblər.
Fakt üzrə Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Sərxan Həsənov 2020-ci ildə 3-ci qrup üzrə qəbul imtahanlarında birinci yeri tutub və prezident təqaüdü ilə təltif edilib.
Təəssüflər olsun ki, universitetlərin (xüsusən də BDU-nun) yataqxanaları boş qaldığı halda, tələbələr ucuz olsun deyə şəraitsiz evlərdə dəm qazının qurbanı olurlar... Bakıda bu qədər evlər tikilir, bu xalqın qazandığı vəsaitlərdən formalaşan kreditlər hesabınadır... Niyə bu xalqın da gələcəyi olan gənclərin- tələbələrin təhsil dövründə rahat yaşam imkanı olmasın? Bu barədə aidiyyəti dövlət qurumları və xüsusən də Təhsil Nazirliyində niyə düşünmürlər??? Sosial evlər tikmək olar, sosial tələbə yataqxanaları tikmək olmaz?
A.Məmmədli