Axır ki, ABŞ Prezidenti Cozef Bayden Yaxın Şərqdə İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) və onlarla əlaqəli silahlılara qarşı hərbi əməliyyata başladığını elan edib.
Tezadlar.az CNN- ə istinadla bildirir ki, Ağ Evin rəsmi saytında dərc olunan məlumatda bu barədə ətraflı məlumat yerləşdirilib. Sitat: "Bu gün günortadan sonra, mənim göstərişimlə ABŞ qüvvələri İraq və Suriyada Sepah və onunla əlaqəli silahlıların ABŞ qüvvələrinə hücum üçün istifadə etdiyi hədəflərə zərbələr endiriblər. Cavabımız bu gün başlayıb. Bu, istədiyimiz vaxt, istədiyimiz yerdə davam edəcək"? aBŞ prezidenti onu da deyib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə və ya dünyanın heç bir yerində münaqişə axtarmır. Amma bizə zərər verməyə cəhd edə biləcəklər bilsinlər ki, əgər siz amerikalıya zərər versəniz, cavab verəcəyik.
Rusiya və İranın siyasi maraqlarına toxunan bu bəyanat hər iki ölkənin rəsmi mətbuatında qıcıqlandırıcı xəbərlərlə izahlanmaqdadır. Baydenin bu bəyanataına və ABŞ- ın bu addımına İrandan hansı hərbi reaksiya olacağı isə hələki məlum deyil.