Artıq Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb.
Qafqaz Müsəlmanları İdarəsinin yaydığı məlumata görə, sənədlərin qəbulu bu gündən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
Ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu; şəxsiyyət vəsiqəsinin surəti; 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda) və sağlamlıq haqqında arayışdır.
Qeyd edək ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.