"Ukrayna mütləq Donetskin Avdiyivka şəhərini geri alacaq, biz bu qatillərə heç nə verməyəcəyik”.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Volodimir Zelenski Rusiyanın Avdiivkanı tam nəzarətə götürməsinə münasibət bildirib və  İnter TV-yə açıqlamasında həm də ABŞ prezidenti Co Baydenlə danışdığını və Amerika liderinin Ukrayna qoşunlarının Donetsk vilayətinin Avdiyivka şəhərindən çıxarılmasının Ukraynaya silah yardımının azaldılmasının nəticəsi olduğunu etiraf etdiyini bildirib: “Biz oğlanlarımızın həyatını xilas etmək istəyirik. Şadam ki, hərbi komandanlığın belə düzgün qərarı var. Hər şeyi geri alacağıq. Biz bu qatillərə heç nə verməyəcəyik, mən buna əminəm”.

Xatırladaq ki, dünən Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski Ukraynanın Avdiivkadan əsgərlərini geri çəkməyə başladığını bəyan edib: “Avdiivka ətrafında əməliyyat şəraitinə əsaslanaraq, mühasirəyə düşməmək, hərbçilərin həyat və sağlamlığını qorumaq üçün bölmələrimizi şəhərdən çıxarmaq və daha əlverişli müdafiə mövqelərinə keçmək qərarına gəldim”, - deyə Sirski bildirib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə dünən Prezident Vladimir Putinə Donetsk yaxınlığındakı Avdiivka şəhərinin tam nəzarətə götürülməsi barədə məruzə edib.

Deyəsən, Rusiya- Ukrayna müharibəsi yenidən qızışacaq. ABŞ prezidenti Co Bayden də bu uğursuzluqda Konqresi günahkar bildiyini deyib və Ukraynaya hər cürə yardım ediləcəyini söyləyib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN