Artıq 10 gündə ikinci dəfədir ki, Nərimanov rayonu ərazisindəki otellər od tutub yanır...

Araşdırılmadan da demək olar ki, səbəb kondisionerlərdən fasiləsiz olaraq otaqların qızdırılmasında istifadə edilməsidir... Yüklənmiş elektrik açarları isə bu cür gücə dözmür və yanır... Elə bu gün də Fövqəladə Hallar Nazirliyi Bakıda oteldə baş verən yanğın barədə məlumat yayıb. Məlum olur ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən "Mont Inn" oteldə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının ümumi sahəsi 5250 kv.m. olan altımərtəbəli otelin 3-cü mərtəbəsində yerləşən otaqlardan birində baş verdiyi müəyyən olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək hotel binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində binanın üçüncü mərtəbəsində bir otağın yanar konstruksiyaları 42 kv.m. sahədə yanıb. Hadisə zamanı FHN qüvvələri tərəfindən oteldə olan 25 nəfər təhlükəsizlik tədbirləri çərçivəsində təxliyə edilib.

Hər dəfə eyni hadisə baş verir, amma nəticə çıxarılmır. Şükür ki, tüstüdən boğulub ölən yoxdur...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN