G7 ölkələrin xarici işlər nazirləri Rusiyanın Ukraynaya təcavüzünü və KXDR-dən Rusiya Federasiyasına silah tədarükünü pisləyib və İranı Moskvaya yardımı dayandırmağa çağırıb.

Tezadlar.az bildirir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib. Qeyd edilir ki, G7 ölkələrinin (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ) xarici işlər nazirləri, eləcə də Aİ-nin Ali Nümayəndəsi İtaliya sədrliyinin ilk iclasında məqsədlərinin möhkəm birliyini 2024-ğü il üzrə bir daha təsdiqləyir. Rəsmilər vurğulayıblar ki, Rusiya Federasiyasının Ukraynaya qarşı işğalçı müharibəsi BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Onlar Ukraynanın azadlığını, suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müdafiə etməkdə bundan sonra da dəstəkləməyə sadiqliklərini təsdiqləyiblər və Ukraynanın dözümlülüyünü və möhkəmliyini yüksək qiymətləndirirlər. Nazirlər vurğulayıblar ki, Moskva Ukraynaya və onun xalqına vurduğu zərər və dağıntıların əvəzini ödəməli olacaq. Onlar Rusiyanın dondurulmuş aktivlərini Rusiya dəymiş ziyanı ödəyənə qədər öz yurisdiksiyalarında saxlamaq əzmində olduqlarını bir daha təsdiqləyiblər.
 Nazirlər bir daha vurğulayıblar ki, Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirməsi və nəzarətdı saxlamaqla hərbiləşdirməsi qəbuledilməzdir və onlar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin səylərini tam dəstəklədiklərini bir daha təsdiq ediblər. 

Müharibə isə davam edir...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN