"Münhendə görüş zamanı tərəflər əvvəllər əldə edilmiş razılaşmalara sadiq olduqlarını təsdiqləyiblər..."

Tezadlar.az "Sputnik Armeniya"ya istinadla bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 17-də İlham Əliyevlə görüşünün nəticələrini şərh edərkən belə bildirib. Fevralın 18-də o, Almaniyadakı erməni icmasının nümayəndələrilə görüşdə deyib: "Masada vacib sual vardı: tərəflər Praqada və Brüsseldə əldə olunmuş razılaşmaları təsdiqləyirlərmi? Əgər yekunlaşdırsaq, tərəflərin bu razılaşmalara sadiq qaldıqlarını qeyd etmək olar", - Paşinyan söyləyib. Paşinyan həm də əlavə edib ki, Azərbaycanla sülh müqaviləsinin bəzi bəndləri razılaşdırılıb, lakin bir sıra prinsipial bəndlər üzrə razılığa gəlmək hələ mümkün olmayıb və "bunun üzərində işləmək lazımdır".

Göründüyü kimi, Paşinyan və komandası anlayır ki, Azərbaycanla sülh sazişi bağlamaqdan başqa yol da yoxdur... Və vaxt Ermənistanın ziyanına işləyir...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN