"Prioritetimiz Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmaqdır, daha sonra Ermənistan, Rusiya və İran bu fəaliyyətə qoşula biləcəklər".
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş jurnalistlərə müsahibəsində söyləyib. “Əvvəla Türkiyə-Azərbaycan-Gürcüstan üçlü mexanizmi... Bunu daha çox işə salacağıq. Keçən həftə Gürcüstanın xarici işlər naziri Ankarada idi. Bizdən israrla tələb etdikləri şey budur: həm xarici işlər nazirləri, həm də parlament sədrləri səviyyəsində üçlü mexanizmi daha da gücləndirmək, dövlət başçıları formatında bunu irəli aparmaq, daha sonra Ermənistan, Rusiya və İranın bu fəaliyyətə daxil olması ilə altılı bir mexanizm yaratmaq”, – deyə parlament sədri vurğulayıb. Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş fevralın 21-dən 24-dək Bakıda keçirilmiş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edib.