Gözlənildiyi kimi, Gürcüstanın əsas benzin tədarükçüsü olan Rusiya əksər ölkələrə benzin ixracına qadağa qoymağa hazırlaşır.

Tezadlar.az "Ria Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya baş nazirin müavini Aleksandr Novakın nümayəndəsi bildirib. Ölkənin Baş naziri Mixail Mişustin martın 1-dən xaricə yanacağın satışının altı ay müddətinə dayandırılması təklifini təsdiqləyib. Bundan başqa, Nazirlər Kabineti birjada dizel yanacağının satışının minimum həcmini 16 %-ə qaldıracaq.

 Məlumata görə, qadağa Avrasiya İqtisadi Şurasının ölkələrinə (Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan), həmçinin Özbəkistan, Monqolustan, tədarükün razılaşdırılmış həcmlərinə təsir etməyəcək. A.Novak bir neçə gün əvvəl benzinin ixracına qoyulan qadağanın təzələnməsi təklifini irəli sürüb. Baş nazirin müavini yaz-tarla işlərinin başlanması və yay tətili ilə əlaqədar neft məhsullarına tələbatın artdığı mövsümün yaxınlaşmasını səbəb gətirib. Bundan başqa, bir neçə neft emalı zavodunun təmirə bağlanması problemi daha da dərinləşdirir. Bundan əvvəl Rusiya Energetika Nazirliyi də “Lukoil” şirkətinin Nijni Novqorod şəhərindəki neft emalı zavodunun təmiri zamanı benzin ixracını azaldıb. Ekspertlərin fikirincə martın 1-dən etibarən Gürcüstanda yanacağın qiyməti 10-15 tetri bahalaşa bilər. Xatırladaq ki, Rusiya hökuməti 2023-cü ilin sentyabrında da benzin və dizelin ixracını məhdudlaşdırmışdı. O zaman qərar həm daxili bazarı təmin etmək və yanacağın qiymətini sabitləşdirmək istəyi ilə izah edilmişdi. Lakin artıq oktyabrda məhdudiyyətlər yumşaldılmağa başladı və noyabrda benzinin ixracına qoyulan qadağa tamamilə aradan qaldırıldı.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN