Ermənistan və Azərbaycan sülh sazişinin bir çox bəndləri üzrə razılığa gəlib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin "TRT World" telekanalına müsahibəsində deyib.
"Biz Azərbaycanla müvəqqəti barışıq deyil, sülh sazişi layihəsini müzakirə edirik", - o deyib.
Bundan başqa, Mirzoyan sülh sazişinin bir çox bəndləri üzrə qarşılıqlı razılıq əldə olunduğunu bildirib.
"Lakin mühüm, çox vacib məsələlər var ki, tərəflərin bunlarla bağlı mövqeləri hələlik bir-birindən uzaqdır", - deyə erməni nazir əlavə edib.
Xatırladaq ki, bu il fevralın 28-də Berlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş"in müzakirəsi istiqamətində baş tutub.