Gürcüstanın daxili işlər naziri, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Vaxtanq Qomelauri Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə görüş keçirib.

Tezadlar.az Gürcüstan Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, görüşdə daxili işlər nazirinin müavini Giorgi Butxuzi və Milli Təhlükəsizlik Şurasının aparat rəhbəri Givi Tumanişvili də iştirak ediblər. Görüş çərçivəsində tərəflər iki ölkənin müvafiq strukturları arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən danışıblar. Söhbət zamanı regionda baş verən hadisələrə və təhlükəsizlik sahəsində aktual məsələlərə də toxunulub. Görüşün sonunda Vaxtanq Qomelauri azərbaycanlı həmkarına səmərəli əməkdaşlığa görə təşəkkür edib və tərəfdaşlıq əlaqələrinin gələcəkdə də müxtəlif istiqamətlərdə fəal şəkildə davam edəcəyinə və dərinləşəcəyinə ümidvar olduğunu bildirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN