...Daşkəsən şəhərinin 76 illiyi münasibətilə uzun illər rayon ərazisində yaşayan, əmək fəaliyyəti, bütün həyatı bu şəhərlə bağlı olan sakinlərin bir qismi ilə dəyirmi masa arxasında görüş keçirilmişdir.
Rayonun qurucuları və əmək veteranları ilə keçirilən görüşdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov çıxış edərək ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla tədbir iştirakçılarını xalqımızın milli-məvəni dəyərlərindən olan Novruz bayramı münasibətilə təbrik etmiş, xalqımıza əmin-amanlıq arzulamış, hər birinə möhkəm cansağlığı, uzun ömür, süfrələrinə bol-ruzi bərəkət diləmişdir.
Görüşün əsas səbəbinin  Daşkəsən şəhərinin 76 illiyi olmasına görə tədbirdə uzun illər şəhər ərazisində yaşayan, əmək fəaliyyəti, bütün həyatı bu şəhərlə bağlı olan yaşlı insanlardan bir qisminin iştirak etdiyini bildirmişdir.
V.Məmmədov qeyd etmişdir ki, şəhərin tarixi çox da qədim deyil. 2-ci Dünya müharibəsindən sonra 1948-ci il mart ayının 16-da əsası qoyulan Daşkəsən şəhəri Azərbaycanda təməli qoyulan ən gənc şəhərlərdən biridir. Şəhərin salınması əsasən dəmir filiz mədəninin istismara başlaması ilə bağlı olmuşdur.
 Həmin dövrdə Mingəçevir, Sumqayıt, Əli-Bayramlı (indiki Şirvan şəhəri) kimi şəhərlərin tikintisinə başlanılmışdı. 30 avqust 1930-cu ildə yaradılmış Dəstəfur rayonu 1956-cı ildən mərkəzi Daşkəsən şəhəri olmaqla Daşkəsən rayonu adlandırılmışdır. Sovetlər dövründə Daşkəsən şəhəri el arasında 85 kimi də adlandırılırdı. Bu da ərazidə 85 nömrəli alman əsir düşərgəsinin nömrəsi ilə bağlı olmuşdur. Bu səbəbdən şəhərdə indi də bəzi binaların, rayon ərazisində olan körpülərin memarlıq baxımından görünüşünün alman üslubunda olması müşahidə edilir.
4c994cee-92dd-407b-9f35-9fd253652e74
 Vaxtı ilə Azərbaycanın Uralı adlandırılan Daşkəsən şəhəri hər zaman gənc kadrlar üçün yeni perspektivlər və inkişaf vəd edən şəhər olub. Dəmir, alunit və mərmər yataqlarının istismara başlaması ilə qısa müddətdə iri sənaye mərkəzinə çevrilməyi bacarıb.
Respublikanın müxtəlif bölgələrindən, eyni zamanda o zamankı müttəfiq respublikaların ərazisindən mütəxəssislər işləməyə gəlib. Bir çox insanın taleyinə daşkəsənli olmaq yazılıb. Bu şəhərdə uşaqlıq, gənclik, ahıl dövrü keçən, ilk dəfə əmək fəaliyyətinə başlayan, ailə həyatı quran, övladlarını məktəbə yola salaraq böyüdən çoxsaylı insanlar olub. 
2280 ev təsərrüfatı olmaqla 11401 nəfər sakinin yaşadığı Daşkəsən şəhərində  8 mədəniyyət müəssisəsi, 5 tam orta məktəb, 4 uşaq bağçası, 1 Rayon Mərkəzi Xəstəxanası və digər idarə, müəssisə və təşkilatlar fəaliyyət göstərir.
Daşkəsən şəhəri ilə qardaşlaşmış şəhər Gürcüstan Respublikasının Dmanisi şəhəridir. O, 30 sentyabr 2023-cü ildə Dmanisi rayonunun meri Koba Muradaşvili ilə Zəngilan şəhərində işgüzar görüşlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Daha sonra V.Məmmədov demişdir: “Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayandan Daşkəsən rayonu 98 şəhid vermişdir. Onlardan 38 şəhid Daşkəsən şəhərindəndir. Həmin şəhidlərdən 28 nəfər 1-ci Qarabağ müharibəsi, 10 nəfər isə Vətən müharibəsi şəhididir.
Bu möhtəşəm günləri bizlərə yaşadan şəhidlərimizə uca Allahdan rəhmət, qazilərimizə şəfa diləyirik.
Bu Qələbənin müəlliflərinə bizim bir ömürlük təşəkkür və minnətdarlıq borcumuz var. Çox sag ol deyirik Qalib Xalqın Qalib Lideri, Müzəffər Ali Baş Komandan cənab Prezidentimiz İlham Əliyevə, qəhrəman əsgərlərə və zabitlərə!...
Ötən ilin sentyabr ayında ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpasından sonra xalqımızın dövlətçilik tarixində birinci dəfədir ki, seçkilər bütöv, suveren Azərbaycan ərazilərinin hər yerində, o cümlədən işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə keçirildi. Ona görə də prezident seçkiləri Azərbaycan tarixinə həm də Zəfər seçkiləri kimi yazıldı və Azərbaycan seçicisinin iradəsi bu seçkilərin nəticəsində öz əksini tapdı.
Çağdaş dünyamızda dövlət siyasətinin müasir modelini yaradan cənab İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısının yerinə yetirilməsinə nail olmuşdur. Məhz bunun səbəbidir ki, Zəfər seçkilərində möhtərəm Prezident cənab İlham Əliyev yenidən böyük səs çoxluğu ilə qalib gələrək 92,12 faiz səslə Zəfər seçkilərinin qalibi kimi imzasını tarixə həkk etdi.
2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərkən bildirmişdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
2024-cü il fevralın ayının 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Daşkəsən rayonunda qarlı-şaxtalı havanın olmasına, güclü küləyin əsməsinə baxmayaraq seçicilərimizin 71,5 faizi iştirak etdi. Seçicilərimiz möhtərəm Prezidentimiz cənab İlham Əliyevə 92,83 faiz səs verdilər. Daşkəsən rayonu ərazisində seçkilər yüksək səviyyədə, nöqsansız başa çatmışdır.
Daşkəsənlilər hər zaman iqtidarın, dövlətin yanında olublar. Heydər Əliyev siyasətinə öz sədaqətlərini fevralın 7-də bir daha da təsdiq etdilər.”
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov bildirib ki, ötən il milli inkişaf tariximizə “Heydər Əliyev İli” kimi daxil olub, həm də möhtərəm cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü qeyd edilib. Tarixi təhlillər göstərir ki, Ulu Öndərin rəhbərliyi ilə ölkə iqtisadiyyatında bərqərar edilmiş inkişaf  dinamikası möhtərəm cənab Prezidentin rəhbərliyi ilə ildən-ilə daha da möhkəmlənib.
Ötən il bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsinin çox böyük tarixi əhəmiyyətiindən söz açan V.Məmmədov vurğulayıb ki, möhtərəm Prezident cənab  İlham Əliyev suverenliyimizin tam təmin edilməsini müasir tariximizin yeni dövrünün başlanğıcı  kimi dəyərləndirib.
Çay süfrəsi arxasında davam edən görüşdə 88 yaşlı SSRİ Ali Sovetinin deputatı Alıyev İlyas Səməd oğlu, 83 yaşlı Qırmızı Əmək Bayrağı ordenli, maarif əlaçısı Həsənov Akif Ədil oğlu, 76 yaşlı Əməkdar müəllim Mahmudova Duman Qoca qızı, Rayon Ağsaqqllar Şurasının sədri, 74 yaşlı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı və Dövlət qulluğunda fərqlənməyə görə medal ilə təltif olunmuş Qocayev Cavanşir Dövlət oğlu, 72 yaşlı  Əməkdar müəllim Ağayeva Hamaya Oruc qızı öz xatirələrini bölüşüb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daşkəsən şəhərində yaşadıqları illər ərzində bu şəhərin quruculuğunda, sosial-iqtisadi inkişafında, ictimai və mədəni həyatında yaxından iştirak etmiş digər çıxış edən ağsaqqallardan dağ - mədən mühəndisi, hazırda “Daşkəsən Dəmir Filiz" MMC-də baş geoloq vəzifəsində çalışan Süleymanlı Rasim Cumalı oğlu,  əmək veteranları Mahmudov Ələkbər Məhəmmədəli oğlu,  Məmmədov Xanlar Məhəmməd oğlu, Nəsibov Asim İsa oğlu, ağbirçəklərdən şəhid anası Abbasova Qızbəs Hüseyn qızı, Məmmədova Səidə Ağalar qızı, Əliyeva Mərcan Rəsul qızı qeyd etmişlər ki, bu gün bütün Azərbaycan ərazisində üçrəngli bayrağımız qürurla dalğalanmaqdadır. Suverenliyini tam təmin etmiş Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə daha möhtəşəm zəfərlərə doğru inamla addımlayır. 
2023-cü il oktyabr ayının 15-də Qarabağa səfər edən Prezident cənab İlham Əliyev Xocavənddə, Ağdərədə, Xocalıda, Xankəndidə və işğaldan azad olunmuş başqa ərazilərimizdə Azərbaycan bayrağını dalğalandırdı. Noyabr ayının 8-də - Zəfər Günündə isə Xankəndidə Zəfər paradı keçirildi. Bütün bunlar düşmənə gözdağı oldu. Getdikcə güclənən Azərbaycan Ordusu qələbələri ilə Azərbaycan xalqına sevinc dolu günlər bəxş etdi.  
Daşkəsənlilər daim Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən ali diqqət va qayğını hiss etmişlər. Bu da bütün daşkəsənliləri daha da böyük ruh yüksəkliyi ilə qurmağa, yaratmağa sövq edir.
Tədbirin sonunda iştirakçılara  rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.
Elmar Əliyev — Vüqarlı 
AYB-nin üzvü,
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN