Ötən gecə Rusiyanın Samara vilayətinin Novokuybışevsk şəhərindəki neftayırma zavoduna dron hücumu olduğu güman edilir, müəssisədə yanğın baş verir.

Tszadlar.az "Ria Novosti"yə istinadla xəbər verir ki, Samara vilayətinin Novokuybışevsk şəhərinin sakinləri neftayırma zavodunun ərazisində yanğın barədə məlumat veriblər. Yerli sakinlərin sözlərinə görə, bundan az əvvəl partlayış səsləri eşidilib və ardınca yanğın yüksəlib. Yerli sakinlərdən biri isə  deyib ki, əraziyə “iki dron hücumu" olub. "RİA Novosti" isə dron hücumunun olduğunu təsdiqləyib: "Samara vilayətində neft emalı zavodunun kolonu dronun düşməsindən sonra yanıb, hadisədə xəsarət alan olmayıb...".

 Samara vilayəti Rusiyanın Qazaxıstanla sərhədyanı bölgəsidir. Sözügedən zavod isə Mərkəzi Asiya ölkəsindən cəmi 160 km məsafədə yerləşir. Ukraynadan (işğal olunmamış ərazilər) isə təqribən 900 km aralıdır.

Xatırladaq ki, martın 16-da Samara vilayətinin qubernatoru bölgədəki sənaye müəssisələrinə dron hücumunun olduğunu açıqlamışdı. O zaman hədəflər arasında Novokuybışevsk zavodu da var idi. 

Moskva vilayətindəki “Krokus siti holl” konsert zalında terror aktının ardınca neftayırma zavodunda partlayış və yanğının olması Rusiyada əhalini təşvişə salıb.
A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN