Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin azad edilməsi kampaniyası başlayıb... 

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, "Saakaşvilinin azad edilməsi tələbi ilə 150 ​​mindən çox imza toplanıb və sözügedən imzalar prezident Salome Zurabişviliyə təqdim olunacaq",- deyən “Vahid Milli Hərəkat”ın sədri Levan Xabeişvili əlavə edib ki, Zurabişvili xalqın səsinə qulaq asmağa və yeganə düzgün qərar qəbul etməyə borcludur: “Hər kəs başa düşməlidir ki, əgər biz seçkilərin minimal azad mühitdə keçirilməsini istəyiriksə, əsas müxalifət liderinin azad olması vacibdir. Biz görürük ki, aşağı maaş, işsizlik, yoxsulluq və qiymət artımı üzündən yüz minlərlə həmvətənimiz ölkəni tərk edir və hamı prezident Saakaşvilinin bu ölkəni bataqlıqdan necə çıxara biləcəyini görüb. İnsanlar bu gün bu vəziyyətə dəyişiklik etmək üçün Saakaşvilinin iştirakının nə qədər vacib olduğunu anlayırlar. Ölkənin və insanların bu dəyişikliklərə ehtiyacı var. İmza atan hər bir şəxs öz məlumatlarını qeyd etməkdən çəkinmədi və 150 ​​mindən çox belə insan var, mən onlara, eləcə də yağışda və küləkdə bu imzaları toplayan bütün əməyi keçən insanlara təşəkkür etmək istəyirəm”.

Xatırladaq ki, prezident Salome Zurabişvili Saakaşvilinin azad edilməsində maraqlıdırş lakin ölkənin sabiq baş nazirləri sabiq prezidentin azad olunmasını hakimiyyət üçün təhlükəli hesab etdiklərindən bu baş tutmayıb.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN