"Crocus Group”un rəhbəri Araz Ağalarov “Crocus City Hall”un konsert zalında baş verən terror aktına münasibət bildirib.

Tezadlar.az Rusiya mediasına istinadla bildirir ki, o, oğlu Emin Ağalarov və filial direktoru Roman Qraçovla birlikdə hadisə yerinə baş çəkib. Ağalarov deyib: “Dəhşətli faciə baş verdi, son 20 ildə belə bir şey olmamışdı. Terrorçular konsert zalına qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar. Əllərində avtomat, gördükləri hər kəsə və hər şeyə atəş açmağa başlayıblar. Bir mühafizəçi həlak olub, digəri yaralanıb. Onlar heç mühafizəçi də deyillər. Biz onlara “nəzarətçi” deyirik”.

Araz Ağalarov baş verənləri ümumbəşəri dəyərlər baxımından izaholunmaz hadisə adlandırıb. 

Xatırladırıq ki, terror qurbanlarının sayı durmadan artır...

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN