Səhnə əsərində 44 günlük Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Orxan Əkbərovun qəhrəmanlıq dolu döyüş yolu canlandırılacaq…

Bu barədə "Təzadlar"a Azərbaycanın tanınmış teatrşünası, Əməkdar İncəsənət xadimi, ssenarist  Ağalar İdrisoğlu məlumat verdi.

Sitat: "…Bu yaxınlarda mətbuatda «Sonuncu əmr» romanı barədə məlumatı oxuyaraq müəılliflə görüşdüm, kitabı əldə etdim. Açıq deyim, əfsanəvi kəşfiyyatçı, 44 günlük Vətən müharibəsində şəhid olmuş polkovnik, ölümündən sonra Prezident Fərmanı ilə Vətən Müharibəsi Qəhrəmanı Fəxri adına layiq görülmüş Orxan Əkbərovun döyüş yolundan bəhs edən romanda hadisələr elə təsvir edilmişdi ki, əsəri birnəfəsə oxudum… Romanda olduqca təsirli məqamlar var, bəzi hissələrdə isə çox kövrəldim, təsirləndim, qürurlandım. Bilirsiz, hər bir sənətkarın mənəvi borcudur ki, Vətəni haqqında yeni bir əsər qələmə alsın və gələcək nəsillər üçün saxlasın. Axı məmləkətin tarixini gələcək nəsillər bədii, sənədli yazılar vasitəsilə daha yaxşı öyrənəcək. Mən vətənpərvərlik mövzusunda xeyli məqalə yazmışam. Bu haqda bir neçə hekayəm və povestlərim də çap olunub. Hazırda iki pyes üzərində işləyirəm. Dostum, istedadlı yazıçı-jurnalist, "Təzadlar" qəzetinin,  saytının və onlayn televiziyasının rəhbəri Asif  Mərzilinin "Sonuncu əmr" romanını isə Qarabağ müharibəsində qazandığımız qələbəmizə həsr olunan ilk ən böyük və sanballı bir bədii əsərdir. Romanı oxuyandan sonra belə qərara gəldim ki, onun motivləri əsasında müəlliflə birgə pyes hazırlayaq və səhnələşdirək. Hazırda bu iş üzərində ciddi çalışırıq. İnanıram ki, çox maraqlı bir səhnə əsəri alınacaq. Yaxın günlərdə müəlliflə birlikdə Vətən Müharibəsi Qəhrəmanının ailə üzvləri, döyüş yoldaşları ilə də görüşməyi planlaşdırırıq. Çünki əsərin səhnələşdirilməsi zamanı əsas obraz real qəhrəmana mümkün qədər daha çox bənzəməli, onun danışıq tərzi, hərəkətləri, davranışı və s. dəqiqləşdirilməlidir. Yəni, bu əsər səhnə quruluşunda baş qəhrəmanın obrazını mükəmməl şəkildə ifadə etməlidir. İnanıram ki, ilk dəfə qələbəmizdən bəhs edən bir bədii əsərin motivləri əsasında hazırlanacaq pyes həm də özünə mükəmməl səhnə həyatı qazanacaq. Bu səhnə əsəri, eləcə də gənc hərbçilərimizin və ümumiyyətlə, gənclərimizin vətənpərvərlik tərbiyəsində, Vətənə layiq övlad kimi formalaşmasında böyük rol oynayacaq…".

Təqdim etdi:

Elbar ŞİRİNOV

orxan-kitab

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN