Xocavənd əməliyyatı”nda (1997-ci il) şəhid olan kəşfiyyatçıların ailə üzvlərinin Xocavənd rayonuna səfəri başlayıb...
Tezadlar.az Xocavənd RİH- nin saytına istinadla xatırladır ki, kəşfiyyatçılar 1997-ci ildə "Xocavənd əməliyyatı"nda şəhid olublar... Və bu gün ailə üzvləri şəhidliyin nın 27-ci ildönümündə kəşfiyyatçıların şəhidlik zirvəsinə yüksəldiyi Xocavənd rayonundakı əraziyə gedib, qrupun şəhid olduğu yerə gül dəstələri düzüb, onların əziz xatirələrini yad ediblər. Daha sonra isə şəhid ailələrinin Şuşa və Xankəndi şəhərinə səfəri nəzərdə tutulur.
Xatırlatma: 1997-ci ilin aprelində Azərbaycan Ordusunun iki kəşfiyyat qrupu o dövrdə işğalda olan Xocavənd istiqamətində düşmən arxasına sızaraq döyüş tapşırığını şərəflə yerinə yetirib. Qruplardan birincisi itkisiz qayıdıb. Digər 8 nəfərdən ibarət qrup isə geri qayıdarkən mühasirəyə düşüb. Azərbaycan kəşfiyyatçıları təslim olmaq haqqında düşmənin tələblərini qəti rədd edib və ağır döyüş başlayıb. Az sayda qrup əsl qəhrəmanlıq nümayiş etdirib, güclü müqavimət göstərib.
Ağır döyüş əsnasında yaralanmış qrup üzvü çavuş Aqil Əhmədovun artıq öldürüldüyünü zənn edən digər 7 nəfər sursatlarının bitdiyini görüb düşmən əlinə keçməmək üçün qrup şəklində bir yerə yığışaraq özlərini əl qumbarası ilə partladaraq şəhidliyə ucalıblar.
Onlar - qrupun komandiri leytenant Elxan Ağayev, qrup üzvləri - leytenant Vüqar Yarəhmədov, çavuşlar - Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadovdur.
Əməliyyat zamanı şəhid olmuş hərbçilərin nəşləri Ulu Öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində 6 aydan sonra geri alınıb. Onlar Bakıda İkinci Fəxri xiyabanda dəfn olunub və hər biri ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Ulu Öndər huşsuz vəziyyətdə əsir düşmüş qrup üzvü, Ermənistanın barəsində ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədovu da iki illik əsirlik həyatından xilas edib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmadı və uğrunda şəhid olduqları torpaqlar 2020- ci ilin 44 günlük və 2023- cü ilin sentyabrın 20-də 44 saatlıq hərbi əməliyyatlarla murdar ermənilərdın azad olundu...
E.Şirinov