Ermənistanın işğalçılıq və viranqoyma siyasəti dünya ictimaiyyətinin və siyasilərin diqqətinə faktlarla çatdırılmalıdır...

Azərbaycan torpaqlarını 30 ildən çox müddətdə işğalda saxlayan, bütün şəhər və kəndlərimizi viran qoyan bir ölkəyə qarşı hələ də ədalətli məhkəmə qurulmayıb. Ama bu mütləq baş verməlidir. Belə ki, nəhayət, bu gün Bakı vaxtı ilə saat 12-də Beynəlxalq Ədalət Məhkəməsində (Ermənistan Azərbaycana qarşı) İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) (Ermənistan Azərbaycana qarşı) müraciəti ilə bağlı iş üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə ictimai dinləmələr keçirəcək. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X"də yazıb. O bildirib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edir.

İnanaq ki, gec də olsa haqq-ədalət bərqərar olacaq və işğalçı ölkənin kimliyini dünya tanıyacaq.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN