Hakim “Gürcü arzusu” Partiyasının sədri İrakli Qaribaşvili Prezident Salome Zurabişvilinin Lazar Qriqoriadisini əfv etməsini dövlət əleyhinə atılan addım kimi qiymətləndirib.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildiri ki, Qaribaşvili bu barədə jurnalistlərə müsahibəsində qeyd edib. Sitat: “Prezident Salome Zurabişvilinin verdiyi əfv qərarı bir polisə “Molotov kokteyli” atan və onu diri-diri yandırmaq istəyən adamı əfv etməsi kimi qiymətləndirilə bilər”.

Qaribaşvilinin sözlərinə görə, S.Zurabişvilinin yenidən seçilməsinə qalan bir neçə ay ərzində onun prezident səlahiyyətlərini necə yerinə yetirə biləcəyi aydın deyil. İ.Qaribaşvili qeyd edib ki, Gürcüstan Prezidenti radikal müxalifətlə koordinasiyalı şəkildə hərəkət edir. Xatırladaq ki, ötən gün S.Zurabişvili “Pirveli” telekanalına müsahibəsində məhkum L.Qriqoriadisini əfv edəcəyini açıqlayıb.

Hakim partiya rəhbərliyi ilə prezident arasındakı fikir ayrılığı isə davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN