Rusiyanın bütün etirazlı narazılığına baxmayaraq NATO Polşa ərazisində zəruri fəaliyyətini davam etdirir...
"Şimali Atlantika Alyansının Polşa ərazisində ABŞ-nin nüvə qüvvələrini yerləşdirmək planları yoxdur", -deyən NATO-nun baş katibi Yens Stoltenberq Varşavada Böyük Britaniyanın Baş naziri Rişi Sunakla birgə mətbuat konfransında daha ciddi başqa məsələdən danışıb. Sitat: "NATO-nun nüvə qüvvələrinin konfiqurasiyasını dəyişdirmək və ya alyansın hər hansı ölkəsində qüvvə yerləşdirmək planları yoxdur".
Alyansın baş katibi əlavə edib ki, NATO Rusiya ilə münaqişə axtarışında deyil, bloka üzv olan ölkələrin vətəndaşlarının təhlükəsizliyini təmin etməyə çalışacaq. Onun sözlərinə görə, NATO müdafiə ittifaqıdır və o, Rusiya ilə münaqişəyə can atmır: “Biz Rusiya ilə münaqişə axtarmırıq, lakin 1 milyard insanımızı qoruyacağıq. Polşadakı on min NATO əsgəri NATO-nun bütün müttəfiqlərini qoruyacağına dair açıq bir mesaj verir", - deyə Stoltenberq bildirib.
Onun sözlərinə görə, NATO Ukraynanın dəstəyi ilə bu ölkəyə Rusiyanın döyüş imkanlarını məhv etməkdə kömək edir və bu, potensial olaraq alyansa qarşı təhlükə ola bilər.
Rusiya artıq bu məsələ ilə başlı ciddi etirazını ortaya qoyub...
A.Məmmədli