Xəbər verdiyimiz kimi, artıq iki gündür Azərbaycanda Mədəniyyət Nazirliyimizin təşkilatçılığı ilə Qırğızıstan Mədəniyyət Günləri keçirilir...
Artıq ötən gün- aprelin 24-də Heydər Əliyev Mərkəzində baş tutan mədəniyyət günlərinin rəsmi açılış mərasimində iştirak edən "Təzadlar"ın əməkdaşları xəbər verir ki, qonaqlar və mərasim ziyarətçiləri əvvəlcə Qırğızıstanın dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələri ilə tanış olublar. Bu möhtəşəm mərasimdə çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli dedi ki, ölkələrimiz müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, Azərbaycanda Qırğız Mədəniyyəti Günləri keçirilir. Sitat: "İki ölkənin liderlərinin səmimi dostluq münasibətləri son illərdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə töhfə verib. Buna misal olaraq, dövlət başçılarının bu gün Bakıda keçirilən görüşləri və görüş zamanı müxtəlif sahələr üzrə imzalanan sənədləri qeyd etmək olar. Eyni zamanda qeyd etmək istərdim ki, Azərbaycan xalqı böyük qırğız yazıçısı Çingiz Aytmatova böyük sevgi ilə yanaşıb. Bu gün Bakıda iki ölkənin liderlərinin iştirakı ilə Çingiz Aytmatovun abidəsinin açılışı olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan bu möhtəşəm Mərkəzdə keçirilən Qırğız Mədəniyyəti Günləri çərçivəsində dost xalqın tarixini əks etdirən sərgi ilə tanış olduq. Sabah isə Azərbaycan Milli Kitabxanasında hər iki ölkənin elm və qələm adamlarının görüşü gerçəkləşəcək. Qırğızıstandan gələn mədəniyyət xadimlərinə gözəl təqdimata görə təşəkkür edirəm və bildirmək istəyirəm ki, biz də Qırğızıstanda keçiriləcək Azərbaycan Mədəniyyəti Günlərinə hazırlaşırıq. İnanıram ki, bu tədbirlər hər iki ölkə arasındakı qarşılıqlı əməkdaşlığa töhfə verəcək”.
Sonra isə Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov dedi ki, mədəniyyət bizə ata- babalarımızdan qalan mirasdır. Biz bu mirası gələcək nəsillərə ötürməliyik. Sitat: "Azərbaycanda keçirilən Qırğız Mədəniyyəti Günləri xalqlarımız arasında ikitərəfli əməkdaşlığı möhkəmləndirəcək. Müasir Qırğız və Azərbaycan mədəni əlaqələri xalqlarımızı daha da yaxınlaşdıracaq. Xalqlarımız arasındakı münasibətləri geniş və əhatəli inkişaf etdirmək üçün mədəni əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. Bugünkü əməkdaşlıq gələcəyə nikbin baxmağa şərait yaradır”.
Altınbek Maksutov onu da bildirdi ki, xalqlarımızın özünəməxsus tarixi var: “Mədəni müxtəlifliyimizi nümayiş etdirmək üçün həm Azərbaycan, həm də Qırğızıstanın çoxşaxəli imkanları var. İnanıram ki, bu əməkdaşlıq bizi daha da yaxınlaşdıracaq”.
Rəsmi çıxışlardan sonra izləyicilərə Qırğızıstanın incəsənət ustalarının ifasında geniş konsert proqramı təqdim olundu. Qırğızıstan ifaçılarının təqdim etdiyi musiqi və rəqs nömrələri sürəkli alqışlarla qarşılandı. Açılış mərasimində rəsmi şəxslər, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edirdi. Eləcə də "Təzadlar"ın əməkdaşlarının dəvət olunduğu rəsmi açılış mərasimində maraqlı məqamlar oldu.
Qırğız Mədəniyyəti Günləri aprelin 26-da başa çatacaq.
Onu da xatırladaq ki, "Təzadlar"ın əməkdaşları- Asif Mərzili və Ramiz Hüseynov Qırğızıstanın rəsmi TV- sinə Qırğızıstan mədəniyyət günləri ilə bağlı xoş təəssüratları barədə eksklüziv müsahibə veriblər... Əlavə təqdim ediləcək.
Y.Məmmədli
Qırğızıstan oxucularının diqqətinə rus dilində olan rəsmi mətni təqdim edirik: "Церемония открытия Дней кыргызской культуры, организованных Министерством культуры Азербайджана, состоялась 24 апреля в Центре Гейдара Алиева.
Как сообщает АЗЕРТАДЖ, сначала гости осмотрели выставку произведений кыргызских мастеров декоративно-прикладного и изобразительного искусства в Центре Гейдара Алиева, ознакомились с национальными костюмами и блюдами национальной кухни Кыргызстана.
Выступивший на церемонии министр культуры Адиль Керимли отметил, что Дни кыргызской культуры проводятся в Азербайджане впервые после обретения нашими странами независимости. По его словам, теплые дружественные отношения лидеров двух стран в последние годы внесли вклад в дальнейшее углубление связей между Азербайджаном и Кыргызстаном в различных сферах. В качестве примера он привел сегодняшние встречи в Баку глав государств и подписание различных документов на этих встречах.
Подчеркнув, что азербайджанский народ всегда с большой любовью относился к Чингизу Айтматову, министр добавил, что сегодня с участием лидеров двух стран состоялось открытие памятника великому кыргызскому писателю в Баку. «В рамках Дней кыргызской культуры в этом грандиозном центре, носящем имя великого лидера Гейдара Алиева, мы ознакомились с выставкой, отражающей историю дружественного народа. А завтра в Азербайджанской национальной библиотеке состоится встреча с деятелями науки и мастерами пера двух стран. Выражаю признательность деятелям культуры Кыргызстана за прекрасную презентацию и должен отметить, что и мы готовимся к проведению Дней азербайджанской культуры в Кыргызстане. Верю, что эти мероприятия внесут вклад во взаимное сотрудничество между двумя странами», - заключил Адиль Керимли. Министр культуры, информации, спорта и молодежной политики Кыргызской Республики Алтынбек Максутов назвал культуру наследием, оставленным нам нашими предками, и сказал, что мы должны передать это наследие будущим поколениям.
«Проводимые в Азербайджане Дни кыргызской культуры укрепят двустороннее сотрудничество между нашими странами. Современные культурные связи Кыргызстана и Азербайджана еще более сблизят наши народы. Культурное взаимодействие имеет важное значение для широкого и разностороннего развития отношений между нашими народами. Нынешнее сотрудничество позволяет с оптимизмом смотреть в будущее», - констатировал министр.
По словам Алтынбека Максутова, наши народы обладают самобытной историей и безграничными возможностями для демонстрации своего культурного разнообразия.
После выступлений была представлена большая концертная программа с участием мастеров искусств Кыргызстана. Представленные кыргызскими исполнителями музыкальные и танцевальные номера были встречены аплодисментами. В церемонии открытия приняли участие официальные лица, деятели культуры и искусства двух стран, представители общественности и другие гости.
Дни кыргызской культуры в Азербайджане завершатся 26 апреля".