Arıq Ermənistan rəhbərliyi səviyyəsində Rusiyadan asılı olmamaq yolu gedildiyi ortaya qoyulub...

Tezadlar.az CNN-ə istinadla xatırladır ki, Ermənistanın Rusiyadan uzaqlaşmaq səylərini davam etdirməsi barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu da yazıb. hesabat xarakterli məlumatda deyilir ki, rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində fəaliyyətini dondurması buna ən bariz nümunədir: “Görünür, İrəvan siyasi və təhlükəsizlik baxımından Moskvadan uzaqlaşmaq istəyir”. Eləcə də hesabatda yazılıb ki, rəsmi Moskva bu ritorikasına görə Ermənistanı açıq şəkildə hədələməyə başlayıb. Sitat: “Bildiririk ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bu günlərdə bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləməyə çalışdıır. S.Lavrov N.Paşinyanın səhv yolda olduğunu diqqətə çatdırıb”.

KTMT-nin baş katibi İmanqali Tasmaqambetov isə aprelin 24-də "İzvestiya"ya müsahibəsində deyib ki, Ermənistan üzləşdiyi təhlükəsizlik təhdidlərini qiymətləndirməlidir. Bütün bunlar isə o deməkdir ki, Ermənistanın siyasi rəhbərliyi tarixi dostu və himayəçisi olmuş Rusiyaya da xəyanət edir. necə ki, vaxtilə Qarabağda sığınacaq verdiyi Azərbaycanın bu bölgəsini 30 il işğal altında saxlamışdı. Amma 44 günlük Vətən müharibəsində Ermənistanın gücsüz və arxasız ölkə olduğu ortaya çıxdı, Qarabağ separatçılardan tamamilə təmizləndi, Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN