Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk Moskvada Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu Tərəflər Konfransına hazırlığı müzakirə edib. Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb. Sitat: "Danışıqlarda iki ölkənin ekoloji əməkdaşlığının aktual məsələləri və Rusiya nümayəndə heyətinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi planlaşdırılan 29-cu sessiyasında iştirakına hazırlıq nəzərdən keçirilib".

Agentlik onu da xatırladıb ki, görüşdə Rusiya Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev, iki ölkənin nazirliklərinin nümayəndələri iştirak ediblər.

Bel

Liklə, Bakı tezliklə dünyanın diqqət mərkəzində olacaq daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN