Bu səhər də Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti çətinləşib...
Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirir ki, buna səbəb yağmurlu hava və onun yaratdığı tıxacdır.
Hazırda paytaxtın bu yollarında vəziyyət ürəkaçan deyil:
1. Heydər Əliyev prospekti əsas və köməkçi yol, mərkəz istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
4. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
5. 8 Noyabr prospekti, mərkəz istiqamətində;
6. Tbilisi prospekti, mərkəz istiqamətində;
7. Mikayıl Müşfiq küçəsi, Hüseyn Cavid prospekti istiqamətində
8. 28 May küçəsi, Rəşid Behbudov küçəsi istiqamətində;
9. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
10. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Sürücülərə və işə tələsən, tıxacda qalan sərnişinlərə səbrli olmağı tövsiyyə edirik.
XALİQ