Tasnim İran prezidenti Rəisinin helikopter qəzasında həlak olanların siyahısını açıqlayıb...


Tezadlar.az “Tasnim” agentliyinin verdiyi məlumata istinadla bildirir ki, İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması nəticəsində azı 8 nəfər həlak olub. Agentliyin məlumatına görə, təyyarədə prezident Rəisinin özü, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Malek Rəhməti və Ayətullah Məhəmməd Əli əl-e-Haşem, həmçinin dörd ekipaj üzvü olub və hamısı həlak olub.
Göyərtəsində İran prezidentinin və yüksək vəzifəli şəxslərin olduğu helikopterlə bağlı insident mayın 19-da məlum olub. Nümayəndə heyəti Azərbaycandan qayıdırmış  və burada Rəisi həmkarı İlham Əliyevlə görüşüb. Ümumilikdə kortejdə üç helikopter olub, onlardan ikisi dumanlı havada təhlükəsiz yerə enib, lakin prezidentin olduğu helikopter təyinat yerinə çatmamış sərt eniş edib və xilasedicilər dərhal həmin yerə göndərilib. Helikopterin axtarışları gecə boyu davam edib.
Səhər tezdən xilasedicilər qəza yerinə çata biliblər. Məlum olub ki, vertolyot tamamilə yanıb, bunu faciə yerindən yayılan görüntülər də təsdiqləyib.
İranın vitse-prezidenti Möhsün Mənsuri daha sonra mətbuatda İbrahim Rəisinin və onun nümayəndə heyətinin bütün üzvlərinin təyyarə qəzasında həlak olması ilə bağlı yayılan xəbərləri təsdiqləyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN