Tezadlar.az bildirir ki, “Yonhap” xəbər agentliyinin verdiyi məlumata görə, Cənubi Koreyanın Muan hava limanında “Jeju Air” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 151 nəfərə çatıb.

Bundan əvvəl təyyarə qəzası nəticəsində 120 nəfərin öldüyü məlum idi.

Xatırladaq ki, dekabrın 29-da Banqkokdan Muana uçan təyyarə eniş zamanı uçuş-enmə zolağından çıxıb və hasar divarına çırpılıb. Kadrlardan görünür ki, təyyarə eniş şassosunu endirə bilməyib, bu səbəbdən də hərəkətini düzəltməyə və toqquşmadan yayınmağa vaxt tapmayıb.

Toqquşma zamanı təyyarənin göyərtəsində 181 nəfər olub: 175 sərnişin və 6 ekipaj üzvü. Yonhap-ın məlumatına görə, aeroport nümayəndəsinin brifinqdə təsdiqlədiyi kimi, qəza təyyarənin toqquşduğu quş sürüsü səbəbindən baş verib.

Qəzadan iki gün əvvəl sərnişinlər minərkən qəzaya uğrayan təyyarə artıq mühərrikində nasazlıq yaşayıb, hadisə zamanı təyyarədə olan sərnişin bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN