Ermənistan Baş naziri Nikol Paşinyan ermənilərə çağırış edib.

TEZADLAR.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Ermənistan Milli Assambleyasında parlament üzvlərinin suallarını cavablandıran Baş nazir Nikol Paşinyan problemlərin həllinə istiqamət verə biləcək dövlət baxışı və anlayışını inkişaf etdirə bilmədiklərini bildirib.

Ermənistanın Baş naziri qeyd edib ki, ölkəsi 1991-ci ildə müstəqilliyini əldə edəndə 20 ildən sonra necə olacağı ilə bağlı proqram hazırlamayıb.
Bu problemin hələ də davam etdiyini vurğulayan Nikol Paşinyan Ermənistanın sosial psixologiyasında ən mühüm məsələlərdən birinin “itirilmiş Ermənistanın torpaqları''nın axtarışı olduğunu bildirib. 
Nikol Paşinyan sözünə belə davam edib: "Biz vətən daxilində vətən axtarırıq. İndi bizim siyasi mesajımız budur. Hörmətli həmvətənlilərim, hörmətli Ermənistan Respublikasının vətəndaşları. Biz "tarixi Ermənistan torpaqları"nın axtarışını dayandırmalıyıq, çünki biz bu vətəni tapmışıq. Bu vətən 29 743 kvadrat kilometr suveren ərazisi olan Ermənistan Respublikasıdır''.

Onu da ermənilərə xatırladaq ki, yaşadıqları ərazilər də tarixi Azərbaycan torpaqlarıdır və bunu heç kim inkar edə bilməz! Odur ki, "tarixi Ermənistan torpaqları" deyilən bir ərazi də yoxdur! Bunu birdəfəlik yaddaşlarına həkk etsələr və kimlərinsə fitvasına getməslər yaxşıdır...

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN