"Qərb Rusiya Federasiyasının sərhədləri yaxınlığında yeni gərginlik mənbəyi yaratmaq üçün oktyabr ayına qədər Gürcüstanda yeni “Maydan” ssenarisini həyata keçirməyə çalışır".

Tezadlar.az "Ria Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. Sitat: “Biz oktyabrda keçiriləcək parlament seçkiləri kontekstində qərblilərin Gürcüstanda vəziyyəti gərginləşdirmək cəhdlərini görürük. İstisna etmirik ki, məqsəd Rusiya sərhədləri yaxınlığında daha bir gərginlik mənbəyi yaratmaq ümidi ilə hakimiyyət dəyişikliyinin “Maydan” ssenarisini həyata keçirməyə çalışmaqdır”.

Nazir müavini deyib ki, Qərb bir çox suveren dövlətlərə təzyiqlər edir. Qaluzin həmçinin Litva, Latviya, Estoniya və İslandiyanın xarici işlər nazirlərinin mayın ortalarında Tbilisidə keçirilən küçə etirazlarında iştirakına da diqqət çəkib: “Bunu müstəqil dövlətin daxili işlərinə açıq-aşkar müdaxilədən başqa bir şey kimi xarakterizə etmək çətindir. Bütün bunlar suverenliyini məhdudlaşdırmağa çalışdıqları ölkələrə öz iradələrini tətbiq edən neokolonial təcrübələrin iyrənc nümunələridir”.

Gürcüstan rəsmiləri hələki bu iddiaya reaksiya verməyib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN