"Mən Tina Bokuçavanın yeni sədr seçilməsini və partiyanın yenilənməsi istiqamətində atılan addımları dəstəkləyirəm".
Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, bu barədə eks prezident Mixeil Saakaşvili sosial şəbəkədə qeyd edib. Onun sözlərinə görə, bugünkü qərar "Vahid Milli Hərəka"tın daim yenilənməsi və güclənməsinin nümunəsidir: “Mən Levanın siyasi motivli fiziki hücum nəticəsində zərər çəkmiş sağlamlığının qeydinə qalması və Partiyanın sədri vəzifəsindən parlamentin siyasi şurasının sədri vəzifəsinə keçməsi qərarını alqışlayıram. Levanın tez bir zamanda reabilitasiyadan keçməsi və həlledici döyüşdə fəal iştirak etməsi çox vacibdir. Biz bütün siyasi qüvvələrin birləşməsi üçün əlimizdən gələni etməliyik. Bu gün xalqın və xüsusən də gənclərin istəyi budur. Uğurlu dövlət quruculuğu ənənəsinə və daim yeniləşmə prosesinə əsaslanacaq “VMH” yeni simalarla, yeni ideyalarla bu istiqamətdə tamamilə yenidən qurulacaq", - deyə Saakaşvili qeyd edib.
Levan Xabeişvili “Milli Hərəkat”ın sədri vəzifəsindən istefa verib və onu Tina Bokuçava əvəz edəcək .