Parlamentin ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin iclasında Azərbaycan Respublikasının Ailə Məcəlləsinə
bəzi məhdudiyyətlər nəzərdə tutan dəyişikliklər müzakirə olunub. Tezadlar.az xatırladır ki, daha çox genetik xəstəliklərlə əlaqədar qan qohumlarının nikahlarının qadağan olunması nəzərdə tutulur.Eyni zamanda, nikah yaşının (18 yaş) üzrlü səbəblərdən bir il azaldılmasının ləğv olunması nəzərdə tutulur. Hazırda gənclər müraciət etdikdə icra hakimiyyəti orqanı nikah yaşını 1 il azaltmaq hüququna malikdir.
Eləcə də 16 yaşadək qızları ərə verənləri 2000 manat cərimə və ya inzibati həbs cəzası gözləyəcək. Amma burada bir maraqlı fakt ortaya çıxır: qan qohumları ilə yenidən qohum olmaq istəyənlər övladlarını başqa qohuma övladlığa verib bu niyyətini gercəkləşdirə bilər. Ona görə də nigah bağlanan zaman sənədləşmənin kökü araşdırılmalıdır.
A.Məmmədli