Nəhayət, qərar verildi: Ukrayna hər il 40 milyard dollarlıq silahla təmin ediləcək.
Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyans ölkələrinin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla bağlı iyunun 13-də NATO-nun müdafiə nazirləri təminat planını təsdiq edəcəklər. Stoltenberq bildirib ki, alyans təchizatı koordinasiya edəcək. Sitat: "Mən nazirlərin Ukraynaya yardımın göstərilməsində NATO-nun rolunun gücləndirilməsi planını təsdiqləyəcəklərini gözləyirəm. Bu, Vaşinqtonda keçiriləcək sammitdə razılaşdırılacaq Ukraynaya yardım paketinin əsas elementidir".
Silahlanmadan əvvəl sülhlənmə lazım idi. Çünki silahlanma müharibədir, dağıntıdır, viranəlikdir, ölümdür...
A.Məmmədli