booked.net booked.net  

...Bakının Xətai rayonu, Sabit Orucov küçəsinin sakinləri Xətai rayon Prokurorluğunun və Ərazi Ekologiya İdarəsinin rəhbər işçilərinə dərin minnətdarlıq məktubu yazıblar...

Tvitter platformasında yayımlanan minnətdarlıq məktubunda deyilir: "Biz sakinlər qoyun- quzu ətinin od qiymətinə olduğu indiki vaxtda (bəzilərimiz kilosu 20-22 manata ət almaqdan tamam məhrumuq) "Tamlı" restoran- kafesinin kabab tüstüsünün mənzillərimizə doldurulmasına kömək etdiyiniz üçün sizlərə dərin təşəkkürümüzü ərz edirik. Bu bixə hər ay xeyli maddi vəsaitə qənaət etmək deməkdir. Məsələn, biz "Bravo"dan isti təndir çörəyi alıb qaçırıq evə və mənzilə daxil olan kabab tüstüsünü burnukuza çəkib böyük iştah ilə bu çörəyi yeyirik. Təsəvvür edirik ki, kabablar dişimizin altındadır, amma bir manat da pul xərcləmirik... Yeri gəlmişkən, hərdən Afrika ölkələrində adicə ət adına həsrət olanları TV- lərdə görəndə, pis oluruq. Təklif edirik ki, bu təndir çörəyi və kabab tüstüsü təcrübəsini həmin afrika ölkərində yayasınız. İndiki Həcc ziyarəti və Qurban bayramı günlərində böyük savab qazanarsınız. Hörmətlə, aylarla kabab üzü görməyən: Həsənqulu, Məmmədqulu, Qarınqulu və başqaları".

Minnətdarlıq məktubunu imzalayan ağsaqqallar bizə foto və video da göndəriblər və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və AQTA- nın aidiyyəti Departamentlərinə göndərməyimizi xahiş edirlər.

Minnətdarlığı təqdim etdi:

Elçin MƏMMƏDLİ,

Qarabağ Müharibəsi veteranı

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA