Rüşvət üstündə tutulan məmurların tövbə etməsi üçün əvvəlcə dinə və imana inancı olmalıdır...

Amma təcrübə göstərir ki, bir dəfə tutulub həbsə düşən çıxıb yenidən həmin əmələ könül verir. Yəni, bu o deməkdir ki, istintaqın qərarının, prokurorun ittihamnaməsinin və hakimin hökmünün islaha qəti dəxli yoxdur.

Hacı Rəhman Əfəndi "Təzadlar"a açıqlamasında isə dedi ki, cinayət törədənlərin ən azı 50-60 faizi yenidən həmin əməli törədir: "...Deməli, nə azadlıqdan məhrumetmə, nə də istintaqın qərarı, məhkəmənin hökmü bu insanlara təsir etmir... Məncə, cinayət törətmişləri məhkəmənin sonunda, yaxud həbsxanaya salınan ilk gündə onları kamera qarşısında tövbə etdirmək lazımdır. Və bu tövbə çəkilişi ictimailəşməlidir ki, həmin məhbus bir də bu əməli törətməsin, yaxud bundan çəkinsin...".

***

Bəli, Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Elşən Mustafayev və həmin qurumun direktor müavini işləmiş Zamin Əliyevin də cinayət işi üzrə məhkəmə prosesi başlayıb. "Təzadlar" xatırladır ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Zamin Əliyevin vəkili vəsatətlə çıxış edib. O, müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Elşən Mustafayevin də vəkili vəsatətlə çıxış edib. Bildirib ki, Elşən Mustafayevin səhhətində problemlər var, bu səbəbdən o, Elşən Mustafayevin ev dustaqlığına buraxılmasını istəyib. Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra vəsatətlərin təmin edilmədiyi açıqlanıb.

Məhkəmənin baxış iclası iyulun 4-nə təyin edilib.
***

 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” Publik Hüquqi Şəxsinin baş direktoru işləmiş Mustafayev Elşən Hümbət oğlu və həmin qurumun direktor müavini işləmiş Əliyev Zamin Sabir oğlunun qanunsuz əməlləri barədə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İbtidai istintaqla Elşən Mustafayevin vəzifəyə təyin olunduğu 2023-cü ilin aprel ayından etibarən müavini Zamin Əliyev ilə əlbir olub həmin Mərkəzdə işləyən həkimlərin gələcəkdə fəaliyyətinə maneələrin yaradılmaması, pasiyentlərin stasionar müalicə müddətlərinin uzadılması, onların daha keyfiyyətli müalicə almaları üçün xəstə sayı daha az olan şöbələrə və ya tək nəfərlik palatalara qəbul edilməsi, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin xüsusi terapiya proqramına qəbul olunması və digər məqsədlərlə ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Elşən Mustafayev və Zamin Əliyevə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 və 311.3.2-ci (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və təkrar törədildikdə) maddələri ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Deməli, bu məsul şəxslər narkomanları müalicə edib Allah dərgahında savab qazanmaq əvəzinə narkomanlardan-bu zəlil və əlil adamlardan pul alıb müalicəni başlı-başına buraxıblar. Yuxarıda deyildiyi kimi, onların məhbəs həyatı islah olunmalarına bəs edəcəkmi və günahlarını yumağa yetərlidirmi? Bəlkə hacı Rəhmanın dediyi kimi, onları tövbə etdirmək lazımdır?! 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN