"Hazırda diqqət cəlb edən məsələlərdən birisi odur ki süni intellekt sahəsində layihələrin reallaşmasında koordinasiya yox dərəcəsindədir." ***
Kənd Təsərrüfatı Nazirliyi də süni intellekt tətbiq edəcək.
Aqrar sektorun rəqəmsal transformasiya modelini McKinsey & Company hazırlayacaq. Süni intellekt əsaslı modellər hazırlayan qurumlarımıza daha birisi əlavə olunub. Kənd Təsərrüfatı Nazirliyimiz də süni intellekt əsaslı həllər hazırlamağı hədəfləyib. Nazirlik McKinsey & Company (Azerbaıjan) şirkətiylə 10 milyon manat dəyərində satınalma müqaviləsi imzalayıb. Müqavilə bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Layihə haqqında geniş məlumat verilməyib.
TEZADLAR.AZ xəbər verir ki, məsələyə tanınmış QHT rəhbəri, Multi Media Mərkəzinin rəhbəri Osman Gündüz sosial media hesabında münasibət bildirib.  
"Bildiyim qədər, nazirlik süni intellekt modelləri əsasında kənd təsərrüfatı məhsullarının, bütövlükdə aqrar sektorun inkişafının proqnozlaşdırılması sistemini hazırlamağı hədəfləyib. Düşünmək olar ki, süni intellektlə Yerin müşahidəsi peyklərinin çəkdiyi görüntüləri analiz edərək kənd təsərrüfatı sahələrində məhsul vəziyyətini və gözlənilən məhsuldarlığı təyin etmək, monitorinqlər aparmaq, iqlim dəyişikliklərini nəzərə alaraq məhsuldarlıq proqnozlaşdırmaq, Aİ modellər hazırlamaq və s. nəzərdə tutulub. Maraqlıdır ki, yetərli data olmadığı bir halda bu tip modellər necə yaradılacaq görəsən? Təəssüf ki, layihə haqqında heç bir əlavə məlumat tapmaq mümkün deyil. Görünür ki, ölkədə süni intellektin inkişafına cavabdeh olan qurumların da bu layihə haqqında məıumatları yoxdur. Onların da açıqlamalarda bu haqda heç bir məlumata rast gəlmək mümkün deyil.
Yeri gəlmişkən, hazırda diqqət cəlb edən məsələlərdən birisi odur ki süni intellekt sahəsində layihələrin reallaşmasında koordinasiya yox dərəcəsindədir.
Ölkəmizdə İN tərəfindən süni intellekt ekosistemin inkişafı üçün böyük bir Superkompüter Mərkəzi qurulur. Hamının bəhrələnməsi nəzərdə tutulub. Amma hamının, maraqlı tərəflərin, startap və innovasiya ekosistemin, elm və təhsil sektorunun, biznes və dövlət qurumlarının bu infrastrukturdan istifadəsini təşkil edəcək mexanizmlər, kordinasiya hələlik gözə dəymir. Superkompüter Mərkəzindən hamının effektiv istifadəsi üçün indidən münbit şərait yaradılması vacibdir.
Ümumiyyətlə isə, Kənd Təsəsrrüfatı Nazirliyində əvvəllər daha çox ictimai müzakirələr təşkil olunardı, maraqlı tərəflər cəlb olunardı və rəqəmsal transformasiya məsələləri müzakirə olunardı .
Təsəvvür edin ki, rəqəmsal tarnsformasiya ilə əlaqəli 10 milyonluq bir layihə icra olunur, amma heç yerdə bu haqda məlumat yoxdur.
Mövcud rəqəmsal kənd təsərrüfatı sistemi də elə çoxdan qurulandır, elə bir yenilənmə aparılmayıb", - deyə qeyd edib.
Y.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN