2024-cü il ərzində Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilə nisbətdə 1,9 dəfədən çox artaraq 1,75 milyard dolları üstələyib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib.
İxrac – idxal:
Azərbaycandan ABŞ-yə ixrac: 135 milyon dollar (+8,4 dəfə)
ABŞ-dən Azərbaycana idxal: 1,61 milyard dollar (+1,8 dəfə)
2024-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində ABŞ ilə ticarətin payı 3,68 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,92 faiz bəndi çoxdur.