...Dahi Üzeyir Hacıbəyli 18 sentyabr 1885-ci ildə anadan olub... O mənada, bu gün dahi Üzeyir bəyin ad günüdür... Allah rəhmət eləsin! Və bu günü həm də Üzeyir bəyin yenidən doğulması kimi də qeyd etmək olar. Onun əziz Şüşası azaddır, erməni tör-töküntülərindən azad edilib!
Üzeyir bəyin 114 il əvvəl yazdığına diqqət edib nəticə çıxarın:
***
Müsəlmanların halı:
HÖKUMƏT QAPISINDA:
-Kərbəlayi Bədəl, görə bildin?
-Görə bildim.
-Nə dedi?
-Dedi: ”Zavtra!”
AĞALAR QAPISINDA:
-Məşədi Fərəculla, ağa evdə idi?
-Bəli, evdə idi.
-Səni gördü, nə dedi?
-İki dəfə üzümə tüpürdü, bir dəfə də atamın goruna söydü...
İNTELLİGENT QAPISINDA:
-Mahmud əmi, razı oldumu?
-Balam, yox!
-Nə üçün?
-Dedi, beş yüz manat ver yazım.
DÖVLƏTLİ QAPISINDA:
-Kərbəlay Müseyib, getmişdin?
-Hə, getmişdim...
-Görə bildin?
-Balam, yox: səhər yatmışdl, günorta çörək yeyirdi, axşam da evdə yox idi.
“İrşad”, qəzeti, 9 aprel 1907,№58
Təqdim etdi: A.Məmmədli