Ölkənin nəqliyyat sistemi "mozqotryoseniye" alıb deyə, uzun illərdir özünə gələ bilmir...

Və dünən Türkiyədən olan bir turistin Bakı təəssüratını oxudum. Yazır ki, Bakıda ən defisit şey taksidir...

 Düz deyirmi?! Düz deyir! Qarabağ kimi bir problemi həll edən ölkədə nəqliyyat sistemindəki bərbad vəziyyət düzəlmir ki, düzəlmir. Bakının elə bir boş yeri yoxdur ki, parkovkalaşdırılmasın. Büdcəni sürücülərin hesabına doldurmağın adı nədir, ay məmurlar?! Nəfəs almağa qoymurlar. On minlərlə adamı parkovşik edib "işlə təmin etdik" kimi statisikaya iş yeri sayı əlavə ediblər... Vəziyyət isə düzəlmir. Çünki ilk növbədə bu sistemi ələ keçirmək uğrunda yarışa girənlərin özü düzəldilməlidir!

***

İndi taksiləri sıradan çıxarıb təzə buraxılış ili tələb edirlər. Hansı ki, bu tələbi qoyanların özlərinin düzüncəsi təzə deyil, "it ilindən" qalmadır.

Bu təzəlik tələbi nəyə xidmət edir? Guya köhnə taksilər insanların həyatı üçün təhlükəli imiş... Ən ağır avtoqəzaları törədənlər ən təzə avtomobil sürənlərdir... Bilmirdiniz??? Gülməlidir!

 Tanınmış ekspert Elçin Bayramlı bu məsələ ilə bağlı maraqlı status paylaşıb. Oxuyub düşünməyə dəyər: "...Dünən Novxanıda yas məclisindəydim. Adamlar Bakıya qayıtmaq üçün fasiləsiz olaraq taksi sifariş etməklərinə baxmayaraq, heç biri gəlmədi, çünki taksilərin 70 faizdən çoxu sıradan çıxıb, maşın çatışmır. Üstəlik, qiymətlər də 2 dəfə bahalaşıb. Əvvəl 8-9 manata gətirilən yola şirkətlər indi 18 manat yazırdı. Qısası, camaat qaldı bağların ortasında avara, şəhərə qayıtmağa heç bir vasitə yox idi. nə ictimai nəqliyyat var, nə taksi. Xəstə, yaşlı adamlar istinin günündə neçə km yolu piyada getdi ki, əsas yola çıxsınlar, bəlkə ordan bir şey taparlar qayıtmağa. Bakıdan oraya yarım saatlıq yolu 2 saat yarıma gedib 3 saata qayıtmağımı da yazmayım, uzunçuluq omasın".

Əlavə şərhə ehtiyac yoxdur məncə...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN