Bu gün Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayır.
Tezadlar.az xəbər verir ki, miladi təqvimlə iyulun 7-si Məhərrəm ayının ilk günüdür. Belə ki, hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır, yeni 1446-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i iyulun 7-nə təsadüf edir. Məhərrəm ayının 10-u, yəni Aşura günü isə iyulun 16-na düşəcək. Məhərrəm ayı avqustun 5-də başa çatacaq. Növbəti gün, avqustun 6-sı Səfər ayı başlayır və sentyabrın 5-də bitəcək. Məlumat üçün bildirək ki, Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Gürcüstanın əksər bölgələrində toy və şad mərasimləri təxirə salınır.
Qeyd edək ki, Məhərrəm ayı tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib, sözügedən aylarda müharibələr və münaqişlər də dayandırılıb. Lakin hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub. Aşura hadisəsində Əməvi xəlifəsi Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə), o cümlədən Rəsulullahın (s) səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb.