...AZ QALA HƏR GÜN DAXİLİ İŞLƏR NAZİRLİYİNİN MƏSUL ŞƏXSLƏRİ, ARDINCA İSƏ SIRAVİ VƏTƏNDAŞLAR KARTLARDAN PUL OĞURLANMASINA DAİR MƏLUMATLAR PAYLAŞIRLAR...

Bəs bu necə baş verir? İnsanlar banklara etibar edir, banklarda isə həm pul əmanətləri, həm də banklara saxlanc kimi etibar itir... Sosial media istifadəçisi Şahin Bağırovun başına isə daha fərqli bir hadisə gəlib. Sitat: "... Dünya ölkələrində vətəndaşların üzərlərində nağd pul gəzdirməsini nadir hallarda müşahidə etmək mümkündür.  Pullarının ən etibarlı saxlanc yeri kimi və dükan - bazarda istifadə üçün  əsasən kart sistemindən istifadə etmələri artıq həyat normasına çevrilib. Bizdə isə hər şeyin zibilini çıxarmasalar olmaz. Kartlarda saxlanan pullar gün-gündən azalmağa başlayır. Bununla əlaqədar Beynəlxalq Banka müraciət etdim. Cavabları dəhşətə gətirdi. Deyirlər ki, yəqin sizin məlumatlarınız kimdəsə var, ona görə hənin şəxslər sizin kartınızdan oğurluq edirlər. Məlumat verdim ki,  "məlumatlarımı bilən şəxs" pulun axı hamısına dəymir. Ara-sıra  5, yaxud 10 manat azalır kartdakı pullarım... Buna da qəribə cavab verdilər. Deyirlər ki, çox götürəndə onları tapmaq asan olur. Kiçik məbləğlərə nəzarət etmək mümkün olmur. Onda biz nə edək?! Mənim, yaxud sənin olsun, məlumatlarlarımızı əldə etmək belə çətin işdir ki?! Belə nəticəyə gəlmək mümkündür ki, Azərbaycanda hər bir nanotexnoloji inkişafa söykənən sahələrimiz öz spesifik, yaxud ekstravaqant xüsusiyyətlərilə  mövcuddur...".

Bəli, banklara qarşı bu cür etibarsızlıq ona gətirib çıxaracaq ki, insanlar pullarını kartda, yaxud bankda deyil, cibində, evində və s. etibarlı bildiyi yerlərdə saxlamalı olacaq...

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN