Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumat yayıb.

Dövlət Komissiyasından bildirilib ki, iyulun 18-də Aydın Əsədulla oğlu Qurbanov paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında, Yaşar Ələkbər oğlu Kərimov Neftçala rayonunun Qaramanlı kəndində, Zahid Baxış oğlu Nağıyev Ağdam rayonunun Evoğlu kəndində, Akif İlyas oğlu Abbasov Gəncə şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcək.

İyulun 19-da isə Rəhim Əlyar oğlu Rəsulov Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında, İbrahim Ələşrəf oğlu Vəliyev İmişli rayonundakı Şəhidlər xiyabanında, Bəxtiyar Əliş oğlu Hümbətov Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn olunacaq.
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN