Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, dünya müharibəni dayandırmaq üçün Rusiyanı danışıqlar masasına oturtmaq üçün ona təzyiq göstərməlidir.

Tezadlar.az bildirir ki, Zelenski bu barədə BBC-yə müsahibəsində danışıb. BBC yazır ki, Zelenskinin fikrincə, bütün dünya Rusiyanı danışıqlar masası arxasına oturmağa və müharibəni bitirmək barədə düşünməyə inandırmaq üçün ona təzyiq etməlidir. "Bu, o demək deyil ki, bütün ərazilər zorla qaytarılacaq. Düşünürəm ki, diplomatiyanın gücü kömək edə bilər".

Zelenski əlavə edib ki, döyüş meydanında zəif Rusiya Ukraynanı danışıqlar masasında daha güclü mövqeyə qoyacaq. Sitat: “Rusiyaya təzyiq göstərməklə, mən hesab edirəm ki, diplomatik nizamlanma ilə bağlı razılığa gəlmək olar”.
 Ukraynanın arxa cəbhəsinin sakinlərinin 44%-i hesab edir ki, Ukrayna ilə Rusiya arasında rəsmi sülh danışıqlarına başlamağın vaxtı çatıb, 35%-i isə əmindir ki, bu belə deyil. Eyni zamanda, respondentlərin böyük əksəriyyəti Rusiya lideri Vladimir Putinin şərtləri ilə qəti razı deyil.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA