Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, dünya müharibəni dayandırmaq üçün Rusiyanı danışıqlar masasına oturtmaq üçün ona təzyiq göstərməlidir.
Tezadlar.az bildirir ki, Zelenski bu barədə BBC-yə müsahibəsində danışıb. BBC yazır ki, Zelenskinin fikrincə, bütün dünya Rusiyanı danışıqlar masası arxasına oturmağa və müharibəni bitirmək barədə düşünməyə inandırmaq üçün ona təzyiq etməlidir. "Bu, o demək deyil ki, bütün ərazilər zorla qaytarılacaq. Düşünürəm ki, diplomatiyanın gücü kömək edə bilər".
Zelenski əlavə edib ki, döyüş meydanında zəif Rusiya Ukraynanı danışıqlar masasında daha güclü mövqeyə qoyacaq. Sitat: “Rusiyaya təzyiq göstərməklə, mən hesab edirəm ki, diplomatik nizamlanma ilə bağlı razılığa gəlmək olar”.
Ukraynanın arxa cəbhəsinin sakinlərinin 44%-i hesab edir ki, Ukrayna ilə Rusiya arasında rəsmi sülh danışıqlarına başlamağın vaxtı çatıb, 35%-i isə əmindir ki, bu belə deyil. Eyni zamanda, respondentlərin böyük əksəriyyəti Rusiya lideri Vladimir Putinin şərtləri ilə qəti razı deyil.
A.Məmmədli