…Daxili İşlər Nazirliyinin saytında və Mətbuat Xidmətinin rəsmi məlumatlarında az qala hər gün dələduzların və oğruların əməllərinə dair xəbərləri oxuyuruq.

Bu əməllərin sonu məhkəmə hökmlərində və həbsxanalarda tamamlanır. Və ən pisi odur ki, törədilən bu növ cinayətlərin statistikasına baxanda məlum olur ki, həmin cinayətlərin subyektlərinin ən azı 50-60 faizi təkrar törədilib. Hətta elə məhbus var ki, 2-3 dəfədir eyni əməllə həbsxanaya düşür, amma çıxıb yenidən həmin əməli törədir. Sanki oğurluq və dələduzluq onların alın yazısıdır…

Bəs niyə həbsxanalar bu cinayətkarların islah yeri ola bilmir?

Bu sualı da buraxırıq ekspertlərin və ədliyyə xadim və mütəxəssislərinin ixtiyarına. Gələk Azərbaycanda getdikcə çiçəklənən dələduzluq və oğurluq cinayətlərinin statistikasına.

Təbii ki, sual yaranır: bəs əmlakı talamaya gətirib çıxaran bu oxşar cinayətlərin baş vermə səbəbi nədir? Bu ayrıca bir mövzu olduğundan bundan da keçək statistikaya.

Beləliklə,  Azərbaycanda dələduzluq və oğurluq cinayətlərinin statistikasını 1993-2022-ci illər üzrə təhlil edəndə aşağıdakı qanqaraldıcı mənzərə alınır: məsələn, 1993-cü ildə 4943 oğurluq, 355 dələduzluq və 377 soyğunçuluq cinayəti qeydə alınmışdırsa, bu göstərici illər üzə belə inkişaf etmişdir:

-1995-ci il: 5094 və 572 və 296;

2000-ci il: 2532, 1232 və 145;

2005-ci il: 2151, 933 və 196;

-2010-cu il: 3868, 1188 və 294;

2015-ci il: 6338, 3660 və 338;

2017-ci il: 7898, 3856 və 271 və nəhayət,

2022-ci il: 7794, 4246 və 268 fakt!

Təəssüflər olsun, 2023-cü il üzrə bu statistikanı əldə edə bilmədik.

***

Beləliklə, Azərbaycanda bu üç növ cinayət əməlləri dinamik inkişafdadır… Niyə? Niyə bu qədər sərt qanun və qaydalara, məhkəmə hökmü və həbsxana tətbiqlərinə baxmayaraq bu cinayətlərin törədilməsindən geri çəkilmələr yoxdur? Əksinə, dələduzlarımızın, oğru və quldurlarımızın sayı artır. Hazırda Azərbaycan məhkəmələrində də ən çox baxılan işlər məhz oğurluq, quldurluq və dələduzluq cinayətlərinə aiddir.

Uzun sözün qısası, belə başa düşülür ki, bu üəç növ cinayətlər heç də sərt qanunlardan, ağır cəzalardan belə sürətlə yan keçir, çiçəkləyir. Bəs niyə? Bax bu suala hələki cavab tapmaq iqtidarında olan dövlət qurumu görünmür. Demək, cəmiyyətin bu təbəqəsi ilə işləmək lazımdır. Bu necə olmalıdır, gəlin onu müəyyənləşdirək…

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN